Hans-Ulrix Rudel

Hans-Ulrix Rudel
alm. Hans-Ulrich Rudel
Şəxsi məlumatlar
Doğum tarixi 2 iyul 1916(1916-07-02)[1][2][…]
Vəfat tarixi 18 dekabr 1982(1982-12-18)[1][2][…] (66 yaşında)
Vəfat yeri
Vəfat səbəbi insult
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Üçüncü Reyx
Qoşun növü Lüftvaffe
Xidmət illəri 1936-cı ildən
Rütbəsi polkovnik
Döyüşlər
Təltifləri Dəmir xaç
German Cross in Gold
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hans-Ulrich Rudel (2 iyul 1916[1][2][…]18 dekabr 1982[1][2][…], Rozenxaym, Bavariya[3]), İkinci Dünya müharibəsi dövründə Alman bombardmançı təyyarə pilotu olmuşdur.

2 iyun 1916-cı ildə Konradsvaldauda anadan olmuş, 4 dekabr 1936-cı ildə isə Almaniya Hərbi Hava Qüvvələrinə daxil olmuşdur. 1938-ci ilin iyun ayında isə zabit və baş kursant kimi Qraz ben/Sturzkampfgeschwader 168-in tərkibinə daxil olmuşdur. Rudel çox çətin olan yeni texnikaları öyrənmiş, məhz buna görə də 1 yanvar 1939-cu ildə döyüş uçuşları üçün yararlı hesab edilərək əməliyyat kəşfiyyatı hazırlığı məqsədilə Hildesheim Kəşfiyyat Uçuşları Məktəbinə göndərilmişdir. Həmin tarixdə ona leytenant hərbi rütbəsi verilmişdir. Təlimini başa çatdırdıqdan sonra Prenzlau de Fernaufklärungsgruppe 121-ə (Uzun Məsafəli Kəşfiyyat Qrupu) təyin olunmuşdur.

İkinci dünya müharibəsinin əvvəllərində baş vermiş olan Polşa kampaniyası zamanı o, Breslaudan Polşa üzərində uzun məsafəli kəşfiyyat missiyaları (müşahidəçi kimi) məqsədilə uçmuşdur. Rudel 1939-cu il oktyabr ayının 11-də ikinci səviyyəli Dəmir Xaç medalına layiq görülmüşdür. Oberleutnant (ober-leytenant) rütbəsi ilə Britaniya müharibələrində iştirak etmişdir.

Rudel Almaniyanın Sovet İttifaqını işğal planı olan Barbarossa əməliyyatı zamanı — 23 iyun 1941-ci ildə həyata keçirilmiş olan ilk dörd döyüş əməliyyatında iştirak etmişdir. Nümayiş etdirmiş olduğu pilot bacarıqları rəhbərliyin diqqətini cəlb etmiş və ona 1941-ci il iyul ayının 18-də 1-ci dərəcəli Dəmir Xaç ordeni verilmişdir. 23 sentyabr 1941-ci ildə "Stuka" pilotu kimi o, Leninqrad vilayətindəki Kronştadt limanına edilmiş olan hava hücumu zamanı sovet döyüş gəmisi olan "Marat"ı batırmışdır. Sözügedən döyüş gəmisi 1000 kiloqramlıq bomba ilə vurulmuşdur.

Dekabrın ayının sonunda, artıq o, həyata keçirmiş olduğu 400 təyyarə uçuşuna görə 1942-ci ilin yanvar ayında Cəngavər Xaçı ordeninə layiq görülmüşdür.10 fevral 1943-cü il tarixində isə Rudel artıq həyata keçirmiş olduğu 1000 uçuş ilə bu rekorda imza atmış olan tarixdə ilk pilot olmuşdur. Onun 1943-cü ildə baş vermiş olan Kursk döyüşündən etibarən həmin ilin payızına qədərki dövr ərzində 100 tankı məhv etdiyi iddia edilmişdir.

1944-cü ilin noyabr ayında o, omba nahiyəsindən yaralanmış, ayağı gipsə salınmış, lakin o ayağı gipsdə olaraq belə sonrakı missiyalarında uçmağa davam etmişdir.

8 fevral 1945-ci ildə 40 mm-lik mərmi parçası onun idarə etmiş olduğu təyyarəyə dəymişdir. Bu hadisə nəticəsində sağ ayağından ağır yaralanmış və alman mövqelərinə qəza enişi etmişdir. Onun həyatını xilas etmək üçün bərabər uçduğu Dr. Ernst Gadermann onun qanaxmasını dayandırmış və Rudelin ayağını dizdən aşağı amputasiya etmişdir.

25 mart 1945-ci ildə əməliyyatlardan geri qayıtmış və müharibənin axırına qədər daha 26 düşmən tankını məhv etdiyi iddia edilmişdir.

İkinci dünya müharibəsinin demək olar ki, bütün cəbhələrində xidmət etmiş və bu döyüşlər zamanı düşmənin 7 döyüş təyyarəsini vurmuşdur. Lakin o, əsl şöhrətini istifadə etmiş olduğu Ju 87 tipli döyüş təyyarəsi ilə Şərq Cəbhəsində quru hədəflərinə etdiyi hücumlar ilə əldə etmişdir.

Ümumilikdə çıxmış olduğu 2530 missiya uçuşu nəticəsində 519 rus tankını, 1 döyüş gəmisini, 1 esminesi, 70 qayığı, 800-dən çox motorlu nəqliyyat vasitəsini və 150-dən çox topu məhv etmişdir. Bunlardan əlavə olaraq rusların bir sıra sabit hədəflərinə də böyük zərər vurmuşdur.

Stalin tərəfindən başına 100.000 rubl mükafat qoyulmuş olan Hans Ulrix Rudel, müharibənin sonunda Sovet qüvvələrinin əlinə keçməmək qərarına gəlmiş və 8 may 1945-ci ildə ABŞ qüvvələrinə təslim olmuşdur. O, on bir ay müddətində hərbi düşərgələrdə əsir kimi saxlanılmışdır. Daha sonra isə amerikalılar tərəfindən azad edilmiş və 1948-ci ildə Argentinaya köçmüşdür.

  1. 1 2 3 4 Bibliothèque nationale de France Hans Ulrich Rudel // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Hans U. Rudel // Babelio (fr.). 2007.
  3. 1 2 Deutsche Nationalbibliothek Record #118603655 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search